Antalya D8 İlin Turizm Şəhəri Mükafatını aldı
Türkiyə Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy Antalyanın D8 İlin Turizm Şəhəri Mükafatını alması ilə bağlı bildirib ki, bu, bizim üçün böyük şərəf olmaqla yanaşı, həm də Antalyanın bənzərsiz təbii gözəlliklərinə, zəngin mədəni irsinə və müasir turizm infrastrukturuna verilən qiymətdir.
Qeyd edək ki, D8 Turizm Nazirləri Toplantısı Misirin paytaxtı Qahirədə keçirilib. İclasda “İlin D8 Turizm Şəhəri Mükafatının Rəsmi Anonsu və izahı” üçün ayrıca sessiya keçirilib.
Yığıncağa ev sahibliyi edən Misirin Turizm və Qədim Əsərlər Naziri Şərif Fəthi D8 İlin Turizm Şəhəri Mükafatını sahibinə təqdim edib.
Beləliklə, Antalya D8 təşkilatının ilk “İlin Turizm Şəhəri” kimi tarixə düşüb.
Bu təcrübəni ənənəvi hala gətirməkdə məqsəd hər il D8 üzvü olan ölkələrdən bir şəhəri və müxtəlif turizm istiqamətlərini önə çəkməkdir.
Mikroplastik ilk dəfə bitki...
“Türk Hava Yolları”nın İslamabad və...
“Təhlükəsiz Qayıdış”- ilk avtonom...
Qədim Misir Nekropolu: Sakkara...
Əfqanıstan Hindistan və Pakistan...