Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi ilə bağlı qərarda dəyişiklik edilib
Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib.
Fhnews.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”, “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” yeni redaksiyada verilib.
Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
Azərbaycan ilə Vyetnam arasında təhsil...
Şagird yerdəyişməsi müvəqqəti...
Azərbaycanın 76-cı Astronavtika...
Agentlik: IV və VI sinif şagirdləri üçün...
Qiymətləndirmə fəaliyyəti ilə məşğul...