8 may 2025, cümə axşamı Bakı, 18°C
IMG-LOGO

Azərbaycanda sosial investisiya layihələrinə yatırım “Japan Tobacco International” şirkəti ilə müzakirə olunub

06-05-2025
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin "Japan Tobacco International" şirkətinin baş icraçı direktoru Eddi Pirard ilə görüşüb.

Fhnews.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, qonağa ölkəmizin əlverişli iqtisadi imkanları, biznes mühiti, həmçinin sənaye sahələrinin inkişaf perspektivləri və istehsalın lokallaşdırılması tədbirləri barədə məlumat verilib.

Tərəflər şirkətin ölkəmizdəki fəaliyyəti, tütün məmulatlarının istehsalı ilə bağlı qanunvericilik və aksiz vergisinin tətbiqi, Azərbaycanda sosial investisiya layihələrinə yatırım imkanlarını müzakirə ediblər.

Paylaş: