Hindistan Pakistana su axını kəsib
“India Today” qəzetinin məlumatına görə, Cammu və Kəşmirdəki terror aktından sonra 1960-cı ildə Pakistanla imzalanmış Hind Suları Müqaviləsini dayandıran Hindistandan yeni addım gəlib.
Məsələ ilə bağlı məlumatlı mənbələr Hindistanın Çenab çayı üzərindəki Bağlıhar bəndindən Pakistana su axını dayandırdığını bildirib.Hindistanın da Jelum çayı üzərindəki Kişanqanqa bəndindən su axını kəsməyi planlaşdırdığı irəli sürülüb.
Xatırladaq ki, aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölmüş, çoxsayda insan yaralanmışdı.
Mayın 7-də Beynəlxalq Planetariumlar...
Moskvada nəqliyyatın hərəkəti və mobil...
BMT: Dünya əhalisinin təxminən 60 faizi...
Alimlər ağrı sindromunun diaqnostikası...
Yantszıdakı yoxa çıxmaqda olan...