Azərbaycanın qrup hərəkətləri komandası bədii gimnastika üzrə Avropa Kubokunda iki medal qazanıb
Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda iki bürünc medal qazanıb.
Fhnews.az xəbər verir ki, Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət kollektiv 5 halqa və 5 gürz proqramlarının hər birində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.
“Baku Open-2025” Beynəlxalq Şahmat...
Kişi voleybolçulardan ibarət Azərbaycan...
Azərbaycan Deflimpiya Komitəsi...
Azərbaycan ilk dəfə hokkey üzrə “Galaxy...
Azərbaycanın 25 güləşçisi Türkiyədə...