Kaliforniya sahillərində qayıq aşıb, 3 nəfər ölüb, 9 nəfər itkin düşüb
ABŞ-da Kaliforniya ştatının San Dieqo sahillərində kiçik qayığın aşması nəticəsində 3 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, hadisə zamanı 4 nəfər yaralanıb, daha 9 nəfər itkin düşüb. Sakit okean sahilində çevrilmiş qayıq səhər tezdən sahilə gəzintiyə çıxan sakinlər tərəfindən aşkar edilib.
Sahil Mühafizəsinin gəmiləri və helikopterləri itkin düşənləri axtarır. Səlahiyyətli şəxslər 12 metrlik qayığın haradan gəldiyini bilmədiklərini açıqlayıblar. Bildirilir ki, aşmış qayıq əsasən balıq ovu üçün nəzərdə tutulub, lakin adətən qaçaqmalçılar və miqrant daşınması üçün istifadə edilir.
Mikroplastik ilk dəfə bitki...
“Türk Hava Yolları”nın İslamabad və...
“Təhlükəsiz Qayıdış”- ilk avtonom...
Qədim Misir Nekropolu: Sakkara...
Əfqanıstan Hindistan və Pakistan...