Agentlik: Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb
2025–2026-cı tədris ili üzrə I sinfə qəbul prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.
Xatırladaq ki, mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib. Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.
Ümummilli Lider təhsilə, elmə və mədəni...
Agentlik: 10 min şagirdin kompüter...
“Azərbaycan Milli Elmlər Akademiyası:...
AMEA-da Vyetnamın Elm və Texnologiya...
Moskva Dövlət Universitetinin Bakı...