Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə dövlət səfərində olan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.
Fhnews.az xəbər verir ki, Baş katib To Lam Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
MSK-nın nümayəndə heyəti Albaniyada...
Məhkəmədə Ermənistan silahlı qüvvələri...
Nazir Ceyhun Bayramov türkmənistanlı...
Kəlbəcərdə girov götürülən zərərçəkmiş:...
“Konstitusiya və Suverenlik İli” ilə...