Yeni Roma Papasının seçilməsi üçün keçirilən səsvermənin ikinci və üçüncü turu nəticəsiz qalıb
Müqəddəs Taxt-Tacda yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbərinin seçilməsi üçün keçirilən konklavın (seçki) ikinci günündə iki səsvermə nəticəsiz qalıb.
Fhnews.az xəbər verir ki, Sikstin Kapellasına topalaşan 133 kardinalın iştirakı ilə gizli səsvermələr keçirilib. Binanın damında quraşdırılan bacadan çıxan tüstünün rəngi ilə bu səsvermələr nəticəsində yeni Papanın seçilmədiyi məlum olub. Belə ki, bacadan qara tüstü çıxıb. Səsvermə qəti nəticə vermədikdə, bacadan çıxan tüstünün rəngi qara olur. Axşam saatlarında daha iki səsvermə turu keçiriləcək.
Yeni Papa olmağa namizəd üçdə iki səs çoxluğu alana qədər kardinallar gündə 4 dəfə səs verəcəklər. Papanın seçilməsi üçün ən azı 89 kardinalın dəstəyinə ehtiyac duyulur. Yeni pontifik seçilərsə bacadan çıxan tüstünün rəngi ağ olacaq.
Hazırda bütün dünyada diqqət yeni Papanın seçiləcəyi bu kritik prosesə yönəlib. Yeni Papanın kim olacağı ilə yanaşı, konklavın neçə gün davam edəcəyi də maraq doğurur.
Moskvada faşizm üzərində Qələbənin 80-ci...
Ultra-emal olunmuş məhsulların tez-tez...
Papa XIV Leo dünyada sülh çağırışı edib...
ABŞ-da 50 yaşdan kiçik insanlar arasında...
Çin Qırmızı Xaç Cəmiyyəti təbii...