9 may 2025, cümə Bakı, 18°C
IMG-LOGO

Azərbaycan “TurkicSkills” çempionatında iştirak edəcək

09-05-2025
IMG

Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Aktau şəhərində bu ilin payızında türkdilli ölkələr arasında peşə bacarıqları üzrə ilk “TurkicSkills” çempionatı keçiriləcək.

Fhnews.az Qazaxıstanın Maarif Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu genişmiqyaslı təşəbbüs işçi peşələrinin (və ya əmək peşələrinin) nüfuzunu artırmaq, ümumi peşəkar mühit formalaşdırmaq və türkdilli ölkələrin gənc mütəxəssisləri arasında təcrübə mübadiləsini inkişaf etdirmək məqsədi daşıyır.

Çempionatda Qazaxıstan, Türkiyə, Azərbaycan, Macarıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Monqolustandan 16-22 yaş arası 100-dən çox gənc mütəxəssisin və 80 yüksəkixtisaslı ekspertin iştirak edəcəyi gözlənilir.

Yarışlar informasiya texnologiyaları, tikinti və inşaat texnologiyaları, istehsal və mühəndis texnologiyaları, sosial və fərdi xidmətlər sahələrini əhatə edən 15 əsas bacarıq üzrə keçiriləcək. Mobil robotexnika və pilotsuz uçuş aparatlarının (dronların) idarə olunması kimi perspektivli sahələrə xüsusi diqqət yetiriləcək.

Paylaş: