Lerik rayonu ərazisində dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib (video, foto)
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lerik rayonunun Sivəkəran kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü E.Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Lerik rayonu ərazisində dərəyə yıxılaraq...
Güzdək qəsəbəsində sexdə yanğın...
Güzdək qəsəbəsində sexdə yanğın baş...
Nəsimi rayonunda baş verən yanğın...
Nəsimi rayonunda baş vermiş yanğın...