Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq.
Fhnews.az xəbər verir ki, Papa XIV Leo həmin gün pontifikliyinin başlanmasına həsr olunan mərasimə rəhbərlik edəcək.
Roma Papası mayın 9-da Vatikanın Sikstin Kapellasındakı ilk ayində iştirak edib. O, mayın 10-da kardinallarla görüş keçirəcək.
Papa XIV Leo, həmçinin mayın 12-də dünya mətbuatının nümayəndələri ilə görüşəcək. Mayın 21-də isə Vatikanın Müqəddəs Pyotr Kilsəsində ümumi auditoriya qarşısında çıxış edəcək.
Tramp: ''Çin mallarına 80% rüsum tətbiqi...
Mərakeşdə binanın çökməsi insan tələfatı...
Son 30 ildə dünyada dəniz səviyyəsinin...
Alimlər dilin xəritəsini tərtib ediblər...
Papa XIV Leonun pontifikatı mayın 18-də...