9 may 2025, cümə Bakı, 17°C
IMG-LOGO

İqlim böhranına diqqət çəkmək üçün bu dəfə kukla heyvanlar gündəmdə

09-05-2025
IMG

“The Herds” ictimai sənət layihəsinin iştirakçıları iqlim dəyişikliyinin səbəb olduğu miqrasiyaya diqqət çəkmək üçün böyük ölçüdə kukla heyvanlarla Afrikadan Avropaya 20 min kilometr yol qət edəcəklər.

Suriyalı qaçqın uşaqların yaşadıqları çətinlikləri gündəmə gətirmək üçün Qaziantepdən Londona qədər gəzdirilən 3,5 metrlik “Little Amal” kuklasını dizayn edən “Walk” komandası bu dəfə iqlim böhranına diqqət çəkmək istəyir.

Aprelin 10-da Konqo Demokratik Respublikasının paytaxtı Kinşasadan yola çıxan və daha sonra Laqosa gedən Swarmlar üçüncü dayanacaqları Dakarda böyük coşqu ilə qarşılanıblar.

Paylaş: