4 may 2025, bazar Bakı, 12°C
IMG-LOGO

FHN-də Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib (foto)

03-05-2025
IMG

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ağacəkmə aksiyası keçirilib.

Ətraf mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə reallaşdırılan aksiyada Akademiyanın kollektivi iştirak edib.

Ərazinin əvvəlcədən hazırlanması, torpağın becərilməsi və seçilmiş ağac növlərinin uyğun sahələrdə yerləşdirilməsi planlı şəkildə həyata keçirilib. Aksiya çərçivəsində Akademiyanın ərazisində müxtəlif növ ağaclar və mövsümi güllər əkilib. Əkilən ağaclar və güllər ərazidə estetik görünüş yaratmaqla yanaşı, ətraf mühitə müsbət təsir göstərərək ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək.

Yaşıllaşdırma işlərinin gələcəkdə də planlı şəkildə aparılacağı və ərazidə mütəmadi olaraq abadlıq tədbirlərinin görüləcəyi nəzərdə tutulub.

Paylaş: