BANM-də keçirilən şahmat turnirinin qalibləri müəyyənləşib
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) tələbə və əməkdaşlar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb və qaliblər müəyyənləşib.
Bu barədə ali məktəbdən məlumat verilib.
Tədbirdə rektor Elmar Qasımov, eləcə də tanınmış Azərbaycan şahmatçıları – qadınlar arasında beynəlxalq qrosmeysterlər Zeynəb Məmmədyarova və Gülnar Məmmədova iştirak ediblər.
Ümumilikdə 66 iştirakçının mübarizə apardığı turnirdə ilk üç yerin sahibləri aşağıdakı kimi müəyyənləşib:
Eltac Əsədli: proseslərin avtomatlaşdırılması mühəndisliyi, l kurs (500 manat)
Nihad Aslanlı: biznesin idarə edilməsi, lV kurs (300 manat)
Xasay Dadaşzadə: biznesin idarə edilməsi, l kurs (200 manat).
AMEA-nın Rəyasət Heyətinin növbəti...
BANM rektoru Elmar Qasımov...
AMEA-da Azərbaycan-Misir elmi...
Agentlik: Birinci sinfə qəbul üçün...
Paytaxt məktəblərində birinci sinfə...