Qum fırtınası Ərəb ölkələrində təsirli olub
ƏRƏB ölkələrinə təsir edən əlverişsiz hava dalğası bölgəyə güclü toz və qum fırtınaları ilə təsir edib.
Fələstin, İordaniya, Misir, Suriya, Livan, İraq, Küveyt, Qətər və Səudiyyə Ərəbistanında qum fırtınası xəbərdarlığı edilib. İordaniyanın İctimai Təhlükəsizlik Müdirliyi toz fırtınası ilə əlaqədar ictimaiyyəti diqqətli olmağa çağırıb. Misir Meteorologiya Xidməti qum fırtınasının Asyut, Minya və Süveyşə təsir etdiyini bildirib. Açıqlamada Qahirə və şimal bölgələrində küləyin daşıdığı toz və qumun təsirinin azaldığı, bəzi bölgələrdə təsirinin mülayim şəkildə davam etdiyi qeyd edilib. Suriya rəsmiləri isə ölkənin aşağı təzyiq sisteminin təsiri altında olduğunu və bunun nəticəsində hava istiliyində artım olduğunu bildirib. Livan Meteorologiya Xidmətinin məlumatına görə, toz daşıyan küləklərin sürəti saatda 70 kilometrə çata bilər və tufanlar müşahidə edilə bilər.
Tədqiqatçılar yuxudan erkən və gec...
Alimlər şüurun beynin hansı hissəsində...
NASA astronavtları açıq kosmosa çıxıblar...
Argentinada 5,8 maqnituda gücündə...
Yunanıstanda tətil səbəbindən dəmir yolu...