Xaçmazda marketdə yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xaçmaz rayonunun Qaraqurtlu kəndində fəaliyyət göstərən Məmmədov Hafiz Yusif oğluna məxsus “Nurxan” marketdə aparılan yoxlama zamanı texniki normative- hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, marketin anbar sahəsində qida məhsullarının yerdən, divardan ara məsafəsi gözlənilmədən saxlanıldığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Eyni zamanda yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb.
Fakta bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb.
Nəqliyyat infrastrukturunda davamlı...
FHN-in Cənub Regional Mərkəzi nümunəvi...
“Konstitusiya və Suverenlik İli”ndə...
Azərbaycanda sabaha olan hava proqnozu...
AQTA sədri qida sahəsində fəaliyyət...