2 may 2025, cümə Bakı, 17°C
IMG-LOGO

İsraildə meşə yanğınları törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

01-05-2025
IMG

İsrail polisi ölkədə meşə yanğınları törətməkdə şübhəli bilinən 18 nəfəri saxlayıb.

Fhnews.az xəbər verir ki, “The Jerusalem Post” qəzeti bu barədə İsrailin Baş naziri Benyamin Netanyahuya istinadla məlumat yayıb. Məlumata görə, saxlanılan şəxslərdən biri yanğını törədən zaman yaxalanıb.

İsraildə bir müddət öncə başlayan və tez bir zamanda nəzarətdən çıxan təbiət yanğınları nəticəsində 2 min hektara yaxın ərazi külə dönüb. Ölkə ərazisinin 13 faizini əhatə edən milli park statusuna malik “Kanada parkı” demək olar ki, tamamilə yanıb.

Hazırda yanğınsöndürmə xidməti hərbçilərin köməyi ilə alovla mübarizəni davam etdirir. Onlara ixtisaslaşmış aviasiya da yardım göstərir. Eyni zamanda, meteoroloqlar mayın 1-də günün ikinci yarısından başlayaraq güclənəcək küləyin yanğınsöndürmə işlərini çətinləşdirəcəyi barədə xəbərdarlıq ediblər.

İsrail Xarici İşlər Nazirliyi ölkəni bürüyən meşə yanğınları ilə mübarizə aparmaq üçün xarici dövlətlərdən yardım istəyib.

Paylaş: