Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər bu gün saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
DİM-dən bildirilib ki, 1 may saat 10:45-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 30410, II ixtisas qrupu üzrə 25238, III ixtisas qrupu üzrə 27666, IV ixtisas qrupu üzrə isə 6427 abituriyent ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ilə real vaxt rejimində qeydiyyat səhifəsinin statistika bölməsində tanış olmaq mümkündür.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.
BANM rektoru Elmar Qasımov...
AMEA-da Azərbaycan-Misir elmi...
Agentlik: Birinci sinfə qəbul üçün...
Paytaxt məktəblərində birinci sinfə...
Sumqayıtda respublika üzrə...