Sabah olan hava proqnozu açıqlanıb
Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdə, axşam isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-11° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti təşkil edəcək.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gündüzdən bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda əsasən yağmursuz hava gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 7-10° isti, gündüz 15-20° isti olacaq.
Nəqliyyat infrastrukturunda davamlı...
FHN-in Cənub Regional Mərkəzi nümunəvi...
“Konstitusiya və Suverenlik İli”ndə...
Azərbaycanda sabaha olan hava proqnozu...
AQTA sədri qida sahəsində fəaliyyət...