3 may 2025, şənbə Bakı, 16°C
IMG-LOGO

Avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasına bu gün yekun vurulacaq

02-05-2025
IMG

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasına bu gün yekun vurulacaq.

Fhnews.az xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turnirdə son mükafatçılar müəyyənləşəcək.

Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən idmançılar müxtəlif məsafələr üzrə qüvvələrini sınayacaqlar.

Azərbaycan avarçəkənləri indiyədək 3-ü gümüş, 5-i bürünc olmaqla ümumilikdə 8 medala yiyələniblər.

Bu gün həmçinin, reqatanın bağlanış mərasimi keçiriləcək. Tədbirdə əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra mərasim bədii hissə ilə davam edəcək.

Paylaş: