2 may 2025, cümə Bakı, 17°C
IMG-LOGO

Bu gündən xəstəlik vərəqələri işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

01-05-2025
IMG

Mayın 1-dən sığortaolunanlar üçün xəstəlik vərəqələri tibb müəssisələrində elektron sənəd formasında hazırlanaraq, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DSMF bu e-sənəd əsasında işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlər təyin edəcək.

İşəgötürənlər həmin e-bülletenləri nazirliyin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə bilərlər.

İnnovativ yenilik işçiyə müvafiq müavinətlər təyinatı və ödənişi üzrə xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına yönəlib.

Paylaş: