BKS kosmosda tullantılarla toqquşmamaq üçün manevr edib
Beynəlxalq Kosmik Stansiya (BKS) kosmosda tullantılarla toqquşmamaq üçün manevr edib.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, BKS kosmik tullantılarla toqquşma təhlükəsi səbəbindən trayektoriyasını dəyişməli olub. Bu barədə məlumatı “Roskosmos” dövlət korporasiyası özünün rəsmi “Telegram” kanalında yayıb.
Məlumatda deyilir: “Mayın 1-də Moskva vaxtı ilə saat 01:10-da “Proqres MS-30” kosmik gəmisinin mühərrikləri işə salınaraq 212,79 saniyə işlədilib və onların hərəkəti 0,3 m/s sürətə çatıb ki, bu da BKS-nin orbitini təxminən 540 metr artırmağa imkan verib”.
Kosmik dağıntıların qarşısının alınması manevri başa çatdıqdan sonra stansiyanın Yer ətrafında orbital dövrü 92,89 dəqiqə olub. Orbitin mailliyi 51,66 dərəcəyə çatıb, orbitin orta hündürlüyü isə hazırda 418,74 kilometrdir.
Tədqiqatçılar yuxudan erkən və gec...
Alimlər şüurun beynin hansı hissəsində...
NASA astronavtları açıq kosmosa çıxıblar...
Argentinada 5,8 maqnituda gücündə...
Yunanıstanda tətil səbəbindən dəmir yolu...