2 may 2025, cümə Bakı, 17°C
IMG-LOGO

Sabah axşamdan rayonlara leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq- XƏBƏRDARLIQ

01-05-2025
IMG

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Paylaş: