FHN-in Akademiyasında konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizə və “Yaşıl Dünya”: Araşdırma və Tətbiqlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda müxtəlif dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin alimləri, tədqiqatçılar və ekspertlər iştirak ediblər.
Konfransın təşkilində əsas məqsəd iqlim dəyişikliyinin milli və qlobal səviyyədə yaratdığı çağırışlara diqqət çəkilməsi, ekoloji problemlərin həlli istiqamətində elmi-nəzəri və praktiki təcrübələrin paylaşılması, yaşıl texnologiyaların tətbiqi və davamlı inkişaf prinsiplərinin təşviqi istiqamətində fikir mübadiləsinin aparılması olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev iqlim dəyişikliyi və ekoloji problemlərin səbəb olduğu fövqəladə hallardan bəhs edib və məsələlərin həlli üçün aidiyyəti qurumlar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev iqlim dəyişikliyi nəticəsində yaranmış ekoloji problemlərin təsirlərinin minimuma endirilməsi üçün ekoloji maarifləndirmə və yaşıl texnologiyaların təşviqi və tətbiqi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb.
Sonra konfrans iştirakçılarının məruzələri dinlənlib. Məruzələrdə ekoloji sabitlik və davamlı inkişaf məqsədilə həyata keçirilən layihələr və praktiki yanaşmalar təqdim olunub. Tədbirdə, həmçinin "Yaşıl Dünya" konsepsiyasının genişləndirilməsi və yeni təşəbbüslərin reallaşdırılması üçün mövcud imkanlar müzakirə edilib.
Tədbirin sonunda birgə tədqiqat layihələrinin təşkili və ekoloji maarifləndirmənin gücləndirilməsi ilə bağlı razılıq əldə edilib.
Çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.
Nəqliyyat infrastrukturunda davamlı...
FHN-in Cənub Regional Mərkəzi nümunəvi...
“Konstitusiya və Suverenlik İli”ndə...
Azərbaycanda sabaha olan hava proqnozu...
AQTA sədri qida sahəsində fəaliyyət...