3 may 2025, şənbə Bakı, 13°C
IMG-LOGO

Aprel ayında 58 aptekdə yoxlama aparılıb

02-05-2025
IMG

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən cari ilin aprel ayı ərzində 58 aptekdə yoxlama aparılıb.

Fhnews.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində 13, respublikanın digər şəhər və rayonlarında 45 aptek təftiş olunub. Apteklərdən 56-da planlı, 1-də plandankənar, 1-də növbədənkənar təftiş həyata keçirilib. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb, müvafiq protokollar tərtib edilib.

Paylaş: