Vəkillər penitensiar müəssisələrdə pulsuz hüquqi yardım göstəriblər
“Konstitusiya və Suverenlik İli” çərçivəsində, habelə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin olunması istiqamətində pulsuz hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə aksiyalar davam etdirilir.
Bu barədə ARVK-dan bildirilib.
Belə ki, azadlıqdan məhrum edilmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı vəkillər tərəfindən penitensiar müəssisələrə növbəti başçəkmələrin həyata keçirilməsi təmin olunur.
Başçəkmələr zamanı Qadın Vəkillər Alyansının üzvləri 4 saylı cəzaçəkmə müəssisəsi ilə yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə, “Verdiktum” Vəkil Bürosunun vəkilləri isə ixtisaslaşdırılmış müalicə müəssisəsində pulsuz hüquqi yardım göstəriblər.
Vəkillər tərəfindən 53-ə yaxın məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqların təmin edilməsi ilə bağlı suallar cavablandırılıb.
Konstitusiya Məhkəməsinin Plenumunun...
4 saylı Uşaq evi sosial xidmət...
Bəzi yerlərdə küləkli və yağıntılı hava...
Zaqatalada qanunsuz olaraq çoxlu ağac...
Xocalı rayonunda hərbi sursatın...