Sərxoş halda mikroavtobus idarə edən şəxsin qanunazidd əməllərinin qarşısı alınıb
Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yerləşən stasionar postunda “Mercedes Sprinter” markalı avtomobillə “Saxla” işarəsi verilsə də, sürücü - Beyləqan rayon sakini Kənan Mirzəli tabesizlik göstərərək hərəkətini davam etdirib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, məsuliyyətdən yayınmaq məqsədilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək polisin qanuni tələblərinə məhəl qoymayan K.Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb.
Araşdırma zamanı onun avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyənləşib. Kənan Mirzəli məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladıb və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirib.
Nəqliyyat infrastrukturunda davamlı...
FHN-in Cənub Regional Mərkəzi nümunəvi...
“Konstitusiya və Suverenlik İli”ndə...
Azərbaycanda sabaha olan hava proqnozu...
AQTA sədri qida sahəsində fəaliyyət...