2 may 2025, cümə Bakı, 17°C
IMG-LOGO

Cənubi Koreyanın baş naziri Han Duk Su istefa verib

01-05-2025
IMG

Keçmiş prezident Yun Suk Yeol vəzifəsindən uzaqlaşdırıldıqdan sonra prezident səlahiyyətlərini icra edən Han Duk-soo istefa verib. O, verdiyi açıqlamada, "Üzərimdə daşıdığım məsuliyyətin ağırlığını nəzərə alaraq, belə bir qərarın həqiqətən doğru və qaçılmaz olub-olmaması barədə uzun və diqqətlə düşündükdən sonra qərara gəldim ki, əgər yeganə yol budursa, bunu etməliyəm.” 

Xatırladaq ki, aprelin 4-də Cənubi Koreyanın Konstitusiya Məhkəməsi yekdilliklə prezident Yun Suk Yeolun impiçmentini təsdiqləyib və onu hakimiyyətdən kənarlaşdırıb. Ardınca parlamentin qərarı ilə onun vəzifəsini müvəqqəti olaraq ölkənin baş naziri icra edirdi.

Qeyd edək ki, iyunun 3-də Cənubi Koreyada prezident seçkisi keçiriləcək.

Paylaş: