Dövlət Komissiyası: Xocalıda kütləvi məzarlıq aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb.
Fhnews.az xəbər verir ki, bunu Xocalıda jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, aprel ayında aparılmış qazıntılar zamanı 2 kütləvi məzarlığa rast gəlinib. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında - Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb. Həmin ərazidə ən azı 5 itkin şəxsə aid olan meyit qalıqları aşkarlanaraq götürülüb.
Eldar Səmədov bildirib ki, Əsgəran-Xocalı yolunun üzərində aşkarlanan kütləvi məzarlıqda isə azı 7 itkin şəxsə aid meyit qalıqlarının olduğu ehtimal edilir. Meyit qalıqları əsasən mülki şəxslərə aiddir. Qeyri-ənənəvi dəfnolunma üsulları müşahidə olunub.
“Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dövlət Komissiyasında 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Son illərdə aparılan axtarış-qazıntı, eyni zamanda, eyniləşdirmə prosesi nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq gətirilib", - deyə E.Səmədov əlavə edib.
IV Aqrobiznesin İnkişafı Forumunda aqrar...
Dövlət Məşğulluq Agentliyi Böyük...
Fövqəladə Hallar Nazirliyinin bəzi...
Nəqliyyat infrastrukturunda davamlı...
FHN-in Cənub Regional Mərkəzi nümunəvi...