IV Aqrobiznesin İnkişafı Forumunda aqrar sektora dövlət dəstəyi və maliyyə təşviqləri mövzuları müzakirə olunub
Mayın 2-də IV Aqrobiznesin İnkişafı Forumu işini dəyirmi masa formatında davam etdirib.
Fhnews.az xəbər verir ki, forum çərçivəsində təşkil olunan I dəyirmi masa “Maliyyə təşviqləri və aqro-maliyyələşmə həlləri” mövzusuna həsr olunub. Dəyirmi masada Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov aqrar sığorta mexanizmi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB Dostu departamentinin müdiri Elnur Əliyev aqrarbiznesin inkişafı istiqamətində KOBİA-nın həyata keçirdiyi tədbirlər, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova “Azərbaycan üçün hərtərəfli təsərrüfatın dayanıqlılığının ölçülməsi sisteminin işlənib-hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək” layihəsi, AKİA-nın Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov mövcud maliyyə təşviqləri, FAO-nun təbii sərvətlər üzrə mütəxəssisi Giulia Maria Galbiati Bakı Harmoniya İqlim Təşəbbüsü və FAST Tərəfdaşlığı məqsədlərinə uyğun maliyyələşmə strategiyaları mövzularında təqdimatla çıxış ediblər. Mütəxəssislər aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər, aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, aqrar biznes sektorunda investisiya perspektivləri, bu istiqamətdə qabaqcıl təcrübələr, aqrar sahəyə innovativ yanaşmaların tətbiqi yolu ilə dövlət və özəl sektorun birgə kapital investisiyası imkanları, aqrar sığortanın əhəmiyyəti, aqrar sahənin dayanıqlı inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Təqdimatlardan sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitovanın moderatorluğu ilə müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Daha sonra kənd təsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və orta fermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərin dövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsulların təqdim edilməsində iştirak edən müvəkkil kredit təşkilatlarına, lizinq şirkətlərinə mükafatlar təqdim olunub.
Daha sonra Forum işini “2024-cü ildə Aqrobiznesin inkişafı üçün subsidiya mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa ilə davam etdirib. Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fətdahov təqdimatında 2024-cü ildə tətbiq edilən yeni subsidiya mexanizmləri və onların aqrobiznes sektoruna təsiri, FAO baş texniki mütəxəssisi Dmitry Zvyagintsev “Yaşıl subsidiyalara doğru: FAO-nun siyasət yanaşması” mövzularında təqdimat ediblər. Təqdimatlardan sonra fermerlər, assosiasiyalar, aqroparklar və aqroşirkətlərin nümayəndələri aqrobiznesin inkişafı istiqamətində öz fikirlərini bölüşüblər. Natiqlər kənd təsərrüfatında subsidiya siyasəti, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər və yardımlar, aqrar sahədə məhsuldarlığın daha da artırılması, iqlimə uyğun, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması məsələlərinə toxunublar.
İştirakçıların sualları cavablandırılıb, aidiyyəti qurumlar da daxil olmaqla, maraqlı tərəflərin rəyləri öyrənilib.
Forumun bağlanış mərasimində çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov bildirib ki, bu forum çoxtərəfli iştirakçılığa və institusional əməkdaşlığa əsaslanan platforma rolunu oynamaqla mühüm funksiyanı yerinə yetirir. Forum aidiyyəti dövlət qurumlarının, eləcə də sahibkarlıq və bank sektoru nümayəndələrinin aqrobiznesin tənzimlənməsi və dəstəklənməsi istiqamətində apardığı işlərin vahid platformada təqdiminə şərait yaratmaqla, aqrar sektorunun strateji inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Bununla da IV Aqrobiznesin İnkişafı Forumu işini başa çatdırıb.
Konstitusiya Məhkəməsinin Plenumunun...
4 saylı Uşaq evi sosial xidmət...
Bəzi yerlərdə küləkli və yağıntılı hava...
Zaqatalada qanunsuz olaraq çoxlu ağac...
Xocalı rayonunda hərbi sursatın...