“Məktəblinin hüquq bələdçisi” layihəsinə başlanılır
Mayın 5-də Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə məktəblilər və peşə təhsili müəssisələrinin tələbələri arasında “Məktəblinin hüquq bələdçisi” layihəsinə başlanılacaq.
Nazirlikdən bildirilib ki, layihənin əsas məqsədi gənc nəslin hüquqi biliklərinin artırılması, hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, onlara hüquq mədəniyyətinin təməl prinsiplərinin aşılanması, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmlərinin öyrədilməsi, həmçinin vətəndaş məsuliyyətinin və hüquqi düşüncə tərzinin inkişaf etdirilməsindən ibarətdir.
Layihə çərçivəsində təhsilalanlar arasında “İnsan alveri”, “Mülkiyyət əleyhinə törədilən cinayətlər”, “Bullinq və ictimai təzyiq”, “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” və “Narkomaniya ilə mübarizə” mövzularına həsr olunmuş hüquqi maarifləndirmə tədbirlərinin, müxtəlif interaktiv seminarların, təlimlərin və praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə çərçivəsində ilkin mərhələdə mayın 5-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, mayın 6-da Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, mayın 7-də İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, mayın 8-də isə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbirlərinin, seminarların, təlimlərin keçirilməsi nəzərdə tutulub.
“Məktəblinin hüquq bələdçisi” layihəsinə...
Özbəkistan ali təhsil müəssisələrinin...
AMEA-nın Rəyasət Heyətinin növbəti...
BANM rektoru Elmar Qasımov...
AMEA-da Azərbaycan-Misir elmi...