Rusiyanın 53 regionunda yanğın baş verib
Rusiyanın paytaxtı Moskvada güclü qar yağarkən, ölkənin bir çox bölgəsində meşə yanğınları davam edir. Son 24 saat ərzində ölkə üzrə 16 fərqli bölgədə baş verən 57 yanğın nəzarət altına alınıb. Ən böyük yanğın Zabayikaliya bölgəsində baş verir. Mayın 2-dən etibarən Rusiyanın müxtəlif bölgələrində yanğınlar davam edir, bölgədə təxminən 1900 hektar ərazi yanır. Ekipajlar bütün imkanları ilə yanğınları söndürmək üçün səfərbər olarkən, aprelin 23-də baş verən yanğın zamanı 3 yanğınsöndürən itkin düşüb. Rusiya mətbuatında çıxan xəbərlərə görə, meşəlik ərazidə 3 nəfərin cəsədi tapılıb. Ölənlərlə bağlı araşdırmalara başlanılıb. Komi Respublikası, Xantı-Mansi Muxtar Vilayəti, İrkutsk, Yakutiya və Buryatiyanın yanğınsöndürmə qrupları da Zabayikaliyadakı işlərə dəstək verir. Meteorologiya rəsmiləri bölgədə mayın 3-dək sürəti saatda 20 metrə çatan güclü küləyin təsirli olacağını bildirib.
Yanğınlardan zərər çəkən digər bölgə Kurqan olub. Burada federal Avidenet meşə yanğınlarına qarşı mübarizə qrupları işlərini davam etdirirlər. Aprelin 11-dən iyunun 28-dək rayon ərazisində meşələrə giriş qadağan edilib.
Səlahiyyətlilər yanğın təhlükəsinin yaxın həftələrdə də davam edəcəyini proqnozlaşdırır.
Okeanın hər qatında mikroplastiklərin...
Çin yeni döyüş təyyarələri hazırlamaq...
Yəmənin baş naziri Bin Mübarək istefa...
İndoneziyada 6 bal gücündə zəlzələ baş...
Səudiyyə Ərəbistanı orqan donorluğu...