FHN-in Şimal-qərb Regional Mərkəzi ağacəkmə aksiyası keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.
Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdən ibarət olub.
Mərkəzin ərazisində keçirilən ağacəkmə aksiyasında Regional Mərkəzin şəxsi heyəti, eləcə də Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyasında müxtəlif növ meyvə ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
DOST RİM növbəti dəfə beynəlxalq...
"Dəniz təməl komando kursu”nun növbəti...
“Bakı Metropoliteni”: Qatarlarda...
Sabah yağış yağacaq, şimşək çaxacaq-...
Paytaxtda keçirilən növbəti ağacəkmə...