Okeanın hər qatında mikroplastiklərin izləri aşkar edilib
Alimlər okeanın bütün təbəqələrində, hətta okeanın ən dərin məlum nöqtəsi olan Mariana çuxurunda da mikroplastiklər aşkar ediblər.
Onun okean səthlərində mövcud olduğu çoxdan məlumdur, lakin dörd qitədən olan tədqiqatçılar qrupu okeanın bütün təbəqələrində plastik tullantıların izlərini aşkar ediblər.
“Nature” jurnalında dərc edilən yeni araşdırma 2014-cü ildən 2024-cü ilə qədər 10 il ərzində dünyanın müxtəlif dərinliklərindəki ərazilərdən məlumat toplayıb.
Qeyd edək ki, mikroplastiklər beş millimetrdən kiçik plastik hissəciklərdir və daha böyük plastik əşyalar parçalandıqda yaranır.Əvvəlki tədqiqatlar dəniz buzu və Arktika qarında hissəciklər tapmışdı, lakin son araşdırmalar plastik tullantıların planetimizin okeanlarının dərinliklərinə çatdığını təsdiqləyir.
Plastik tullantılar Yer kürəsinin ən dərin nöqtəsi olan Sakit Okeanın Mariana çuxurunda da aşkar edilib. Alimlər kubmetrdə 13500 hissəcik aşkar ediblər.
Tədqiqat həmçinin mikroplastiklərin okeanların təbii karbon dövranının, karbonun okeandan atmosferə hərəkətinin bir hissəsi olduğunu təsdiqləyib.
Moskvada nəqliyyatın hərəkəti və mobil...
BMT: Dünya əhalisinin təxminən 60 faizi...
Alimlər ağrı sindromunun diaqnostikası...
Yantszıdakı yoxa çıxmaqda olan...
109-cu Pulitser mükafatının laureatları...