7 may 2025, çərşənbə Bakı, 25°C
IMG-LOGO

Çin yeni döyüş təyyarələri hazırlamaq üçün süni intellektdən istifadə edir

03-05-2025
IMG

Çinin yeni nəsil döyüş təyyarələrinin tədqiqat və inkişaf prosesində ChatGPT və DeepSeek kimi əsas dil modellərindən istifadə etdiyi bildirilir.

Çin ordusunun istifadə etdiyi J-15 və J-35 döyüş təyyarələrinin dizaynını həyata keçirən Xinyang Təyyarə Layihə İnstitutunun baş konstruktoru Vanq Yonçinq “Chinanews.com” saytına verdiyi müsahibədə yeni nəsil döyüş təyyarəsi texnologiyalarının inkişafında süni intellektdən səmərəli istifadə etdiklərini bildirib.

ChatGPT və DeepSeek kimi böyük dil modellərinin praktik ehtiyaclar üçün mürəkkəb problemlərin təhlili və həllində necə istifadə oluna biləcəyi ilə bağlı dərin araşdırma prosesi apardıqlarını ifadə edən Vang, texnologiyanın tətbiqlər və  yeni fikirlər baxımından artıq ümidverici nəticələr verdiyini bildirib. Vanq süni intellektin tədqiqatçıları yorucu nəzərdən keçirmə işlərindən azad etdiyini və onlara daha kritik məsələlərə fokuslanmağa imkan verdiyini qeyd edərək, "Bu, aviasiya və kosmik tədqiqatların gələcək istiqamətinə işarə edən çox vacib bir addımdır"-deyib.

Tezliklə dünyada geniş istifadə olunan süni intellekt modeli ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.

Paylaş: