Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Fhnews.az xəbər verir ki, kollektiv çarpaz qarşılaşmada lentlərlə hərəkətlərin icrasında 21.250 xal toplayaraq Estoniya yığmasına qalib gəlib.
Ukraynanı 23.900 xalla üstələyən Bolqarıstan qızıl, Gürcüstanı 22.300 xalla məğlub edən İtaliya yığması isə gümüş mükafata yiyələnib.
Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə mayın 4-də yekun vurulacaq.
“Baku Open-2025” Beynəlxalq Şahmat...
Kişi voleybolçulardan ibarət Azərbaycan...
Azərbaycan Deflimpiya Komitəsi...
Azərbaycan ilk dəfə hokkey üzrə “Galaxy...
Azərbaycanın 25 güləşçisi Türkiyədə...