ABŞ Səudiyyə Ərəbistanına 3,5 milyard dollarlıq raket satışına icazə verib
İlk təsdiqlənmiş satış çərçivəsində ABŞ Səudiyyə Ərəbistanına 1000 ədəd AIM-120C-8 qabaqcıl orta mənzilli hava-hava raketləri, istiqamətləndirici bölmələr və texniki dəstək verəcək.
Raketlər Arizona ştatında yerləşən RTX korporasiyası tərəfindən istehsal olunacaq.3,5 milyard dollarlıq satışın başa çatdırılması üçün ABŞ Konqresindən icazə tələb olunur.
ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin verdiyi açıqlamada, bu satışın Körfəz bölgəsində siyasi sabitliyə və iqtisadi tərəqqiyə töhfə verən tərəfdaş ölkənin təhlükəsizliyini artıracağı, eyni zamanda ABŞ-nın xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcəyi qeyd edilib.
Qeyd edək ki,Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri ABŞ-dan sonra dünyada ikinci ən böyük F-15 qırıcı təyyarə parkına malikdir.
Mayın 7-də Beynəlxalq Planetariumlar...
Moskvada nəqliyyatın hərəkəti və mobil...
BMT: Dünya əhalisinin təxminən 60 faizi...
Alimlər ağrı sindromunun diaqnostikası...
Yantszıdakı yoxa çıxmaqda olan...