Yəmənin baş naziri Bin Mübarək istefa verib
Yəmənin baş naziri Əhməd Avad bin Mübarək tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Baş nazir Bin Mübarək X platformasında yazdığı paylaşımda fikirlərini belə ifadə edib : “Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi ilə görüşümü yenicə yekunlaşdırdım və baş nazir postundan istefa ərizəmi təqdim etdim."
Özündən sonra gələcək şəxsə uğurlar arzulayan Bin Mübarək hər kəsi ölkənin düşdüyü bu çətin şəraitdə öz vəzifəsini layiqincə yerinə yetirə bilməsi üçün yeni baş naziri dəstəkləməyə və onun ətrafında birləşməyə çağırıb.
Alimlər ağrı sindromunun diaqnostikası...
Yantszıdakı yoxa çıxmaqda olan...
109-cu Pulitser mükafatının laureatları...
ABŞ-ın “DoorDash” şirkəti Britaniya...
Genetik mutasiya yuxu ehtiyacını azalda...