İngiltərədə 2027-ci ildən etibarən bütün yeni tikililərdə günəş panelləri quraşdırılacaq
İngiltərədə tikiləcək bütün yeni evlərdə 2027-ci ildən başlayaraq günəş panellərinin quraşdırılması məcburi olacaq.
Fhnews.az “Guardian”a istinadla xəbər verir ki, yeni siyasətə əsasən, ev tikən şirkətlər 2027-ci ildən etibarən hər yeni evin damına günəş paneli yerləşdirməyə qanuni şəkildə məcbur ediləcək. Bildirilib ki, bu barədə hökumət yaxın günlərdə rəsmi açıqlama verəcək. Günəş panellərinin quraşdırılması orta hesabla hər evin tikinti xərclərinə əlavə 3-4 min funt sterlinq xərc gətirsə də, sakinlərin illik enerji xərclərini min funtdan çox azaldacağı gözlənilir.
Nazirlər mövcud evlərə də günəş paneli quraşdırmaq üçün dövlət tərəfindən maliyyələşdirilən kredit və qrant proqramları üzərində işləyirlər.
Tədqiqatçılar yuxudan erkən və gec...
Alimlər şüurun beynin hansı hissəsində...
NASA astronavtları açıq kosmosa çıxıblar...
Argentinada 5,8 maqnituda gücündə...
Yunanıstanda tətil səbəbindən dəmir yolu...