Azərbaycan və Qazaxıstan arasında yeni konvensiya layihəsi üzrə danışıqlar keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qazaxıstanın Maliyyə Nazirliyi arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın qarşısının alınması haqqında yeni konvensiya layihəsi üzrə danışıqlar başa çatıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, Azərbaycan tərəfindən danışıqlarda Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin, Qazaxıstan tərəfindən isə Maliyyə Nazirliyinin Vergi və Gömrük qanunvericiliyi departamenti və Dövlət Gəlirləri Komitəsinin nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı qeyd olunub ki, ölkələr arasında yeni konvensiya üzrə danışıqlar hər iki ölkə üçün böyük önəm kəsb edir. Saziş sərmayəçilər üçün əlverişli şəraitin yaradılmasını, məlumat mübadiləsində effektiv qarşılıqlı münasibətlərin formalaşdırılmasını nəzərdə tutur.
Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid əksər müddəaları üzrə razılıq əldə olunub. Qarşılıqlı anlaşma şəraitində keçən müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.
Əldə edilmiş razılaşmalarla bağlı sənəd paraflanıb.
İlin birinci rübündə 8 mindən çox...
Energetika naziri rumın və bolqar...
Azərbaycan ilə FAO arasında əməkdaşlıq...
Azərbaycan və Qazaxıstan arasında yeni...
Hövsanda küçələrdən biri təmir olunur...