2 may 2025, cümə Bakı, 17°C
IMG-LOGO

FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər keçirilib

01-05-2025
IMG

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Növbəti belə maarifləndirmə tədbirləri Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa, Daşkəsən, Göygol, Şəmkir, Samux rayonlarında və Gəncə şəhərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı, Qəbələ və Qax rayonlarında, Aran Regional Mərkəzi tərəfindən Ağdaş, Goranboy və Göyçay rayonlarının sel təhlükəli kəndlərində keçirilib.

Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Paylaş: