2 may 2025, cümə Bakı, 17°C
IMG-LOGO

“Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib

01-05-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Qazax Sosial-iqtisadi Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları, kollecin müəllim və tələbələri iştirak ediblər.

Nümunəvi dərsi giriş sözü ilə açan Qazax Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev bu tip maarifləndirici tədbirlərinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Nazirliyin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Paylaş: