Xocalı rayonunda hərbi sursatın partlaması hadisəsi baş verib
İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir.
Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.
Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
FHN-in Şimal-qərb Regional Mərkəzi...
Ölkə ərazisinin əksər yerlərində...
Ombudsman Şuşa və Xocalıda aşkar edilmiş...
Fövqəladə Hallar Nazirliyi Qəbələ...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...