İranda qum fırtınası nəticəsində 802 nəfər xəstəxanaya yerləşdirilib
İranın cənub-qərbindəki Xuzistan əyalətində qum fırtınası nəticəsində 802 nəfər xəstəxanaya yerləşdirilib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Əhvaz Cündişapur Tibb Elmləri Universitetinin vitse-prezidenti doktor Meysem Muazi məsələ ilə bağlı açıqlama verib.
Xuzistana təsir edən qum fırtınası səbəbiylə son 24 saatda ürək və tənəffüs problemi olan 802 nəfərin xəstəxanalara müraciət etdiyini bildirən Muazi onlardan 92-sinin xəstəxanaya yerləşdirildiyini, digərlərinin isə müalicələrinin ardından evə buraxıldığını bildirib.
Muazi yerli əhaliyə xəbərdarlıq edərək onları, xüsusən də uşaqları, hamilə qadınları, qocaları və tənəffüs yolu xəstəlikləri olanları mümkün qədər evdə qalmağa çağırıb.
Xuzistan Meteorologiya Xidməti qum fırtınasının İraqdan qaynaqlandığını açıqlayıb və cümə axşamı və cümə günləri üçün "qırmızı xəbərdarlıq" verib ki, bu da havanın insanların sağlamlığı üçün təhlükəli olduğunu göstərir.
Moskvada nəqliyyatın hərəkəti və mobil...
BMT: Dünya əhalisinin təxminən 60 faizi...
Alimlər ağrı sindromunun diaqnostikası...
Yantszıdakı yoxa çıxmaqda olan...
109-cu Pulitser mükafatının laureatları...