Bədii gimnastika üzrə Avropa Kubokunda komanda hesabında qaliblər bəlli olub
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar müəyyənləşib.
Fhnews.az xəbər verir ki, gənclər arasında komanda hesabında dörd hərəkətin cəminə əsasən 97.750 xal toplayan Bolqarıstan təmsilçiləri qızıl medal qazanıblar.
İtaliya 97.250 xalla gümüş, İsrail 96.800 xalla bürünc mükafata sahib çıxıb.
Azərbaycan gimnastları isə 94.200 xalla altıncı yeri tutublar.
Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə mayın 4-də yekun vurulacaq.
“Baku Open-2025” Beynəlxalq Şahmat...
Kişi voleybolçulardan ibarət Azərbaycan...
Azərbaycan Deflimpiya Komitəsi...
Azərbaycan ilk dəfə hokkey üzrə “Galaxy...
Azərbaycanın 25 güləşçisi Türkiyədə...