FHN-in Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət quruculuğu” mövzusunda tədbir keçirilib.
Mərkəzin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər dövlət quruculuğuna misilsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi tarixi xidmətlərindən bəhs ediblər. Ulu Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrik uzaqgörənliklə müəyyənləşdirib, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, ölkəmizin davamlı sosial-iqtisadi inkişafına nail olub.
İftixar hissilə bildirilib ki, dünyanın qüdrətli dövlətləri sırasında özünə layiqli yer tutan Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə illərə sığmayan yüksəlişlə inkişaf edir.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
FHN Ümummilli Lider Heydər Əliyevin...
Tarixi ədalətin bərpası: Ulu Öndər...
FHN-in strukturlarında Ulu Öndər Heydər...
FHN-də Ümummilli Liderin anadan...