FHN-in Şimal-qərb Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Şimal-qərb Regional Mərkəzinin rəhbərliyi və kollektivinin iştirakı ilə ağacəkmə aksiyası Qəbələ rayonunun Vəndam qəsəbəsində ayrılmış ərazidə təşkil olunub.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman xüsusi əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
Aksiyada 100 ağac tingi əkilib, gübrələmə və suvarma işləri aparılıb.
Naxçıvan Muxtar Respublikasının...
FHN-in İdman-sağlamlıq klubunda ilin...
FHN-in Sumqayıt Regional Mərkəzində...
FHN-in Qarabağ Regional Mərkəzində...
Azərbaycan FHN Naxçıvan şəhərində...