FHN-in Muğan Regional Mərkəzi “Heydər Əliyev ili”nə həsr olunmuş futzal çempionatı keçirib
16-18 aprel tarixlərində Salyan rayon Olimpiya İdman Kompleksində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən qurumları arasında “Heydər Əliyev İli”nə həsr olunmuş futzal çempionatı keçirilib.
Fovqaladexeberler.az xəbər verir ki, Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə 8 komanda birincilik uğrunda mübarizə aparıb.
Aprelin 18-də çempionatın final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin mükafatlandırılma mərasimində çıxış edən Muğan Regional Mərkəzinin rəisi Vüqar Ağayev qalibləri təbrik edib, gələcək yarışlarda onlara uğurlar arzulayıb. Sözünə davam edən Mərkəzin rəisi müasir müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin ulu öndər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlı olduğunu bildirib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətimizin və xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən danışıb.
Qeyd edək ki, final qarşılaşmasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsinin komandası Muğan Regional Mərkəzinin komandasına qalib gələrək yarışın qalibi adını qazanıb. Qalib komandaya kubok, medal və diplom təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının...
FHN-in İdman-sağlamlıq klubunda ilin...
FHN-in Sumqayıt Regional Mərkəzində...
FHN-in Qarabağ Regional Mərkəzində...
Azərbaycan FHN Naxçıvan şəhərində...