FHN-in Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Azərbaycanın sönməz günəşi” adlı kitab sərgisi təşkil edilib
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın sönməz günəşi” adlı kitab sərgisi təşkil edilib.
Sərgidə müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən kitablar və digər nəşrlər nümayiş etdirilib.
Sərginin açılışında çıxış edənlər 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixində imzaladığı Sərəncamı Ulu Öndərin şəxsiyyətinə, onun ictimai-siyasi fəaliyyətinə verilən yüksək qiymətin bariz ifadəsi adlandırıb, bu qərarın xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyiblər. Vurğulanıb ki, gənc nəslin Heydər Əliyev irsi ilə daha yaxından tanış olması baxımından bu cür kitab sərgilərinin əhəmiyyəti böyükdür.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizin hər yerində geniş quruculuq işlərinin vüsət aldığını dilə gətirib, bütün bunların Heydər Əliyev ideyalarının həyata keçməsinin bariz nümunəsi adlandırıblar.
Açılışdan sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Naxçıvan Muxtar Respublikasının...
FHN-in İdman-sağlamlıq klubunda ilin...
FHN-in Sumqayıt Regional Mərkəzində...
FHN-in Qarabağ Regional Mərkəzində...
Azərbaycan FHN Naxçıvan şəhərində...